Gəncə şəhərində yerləşən müasir İmaret Hotel həm şəhəri kəşf etmək, həm də işgüzar səfərlər üçün rahat qonaqlama təklif edir. Zövqlə dizayn olunmuş otaqlarda düz ekran TV və pulsuz Wi-Fi mövcuddur.
Otaqlar müasir üslubda tərtib edilib; çay/kofe dəsti, kondisioner və iş masası ilə təmin olunub. Özəl hamamlarda duş, saçqurutma maşını və gigiyena ləvazimatları verilir.
Təsisin daxilində restoran, coffeeshop, toplantı zalları və görüş otaqları mövcuddur. Restoranımızda yerli və beynəlxalq mətbəx nümunələri təqdim olunur. Qonaqların rahatlığı üçün 24/7 resepsiyon, gündəlik təmizlik və baqaj saxlama xidmətləri göstərilir. Hava limanı transferi təşkil oluna bilir. Ailə otaqları və siqaret çəkilməyən otaqlar mövcuddur.
Hotelimiz, Gəncə beynəlxalq hava limanından 17 dəqiqə, Mərkəzi Dəmir yolu vağzalından 10 dəqiqə, Yeni avtovağzaldan isə 5dəqiqə məsafədə yerləşir. Bayraq meydanına 100 metr, mərkəzə( İcra hakimiyyati, univermaq, Gəncə mall, Şah Abbas məscidi) isə cəmi 800 metr məsafədə yerləşir. Avtomobillə gələnlər üçün güvənli ödənişsiz parkinq mövcuddur.